Musiqi
Musiqi

Məhkəmədə uduzdu

Məhkəmədə uduzdu

Müğənni Defne Samyeli həmkarı Mustafa Sandala uduzub.

OLAY yazır ki, M.Sandalı məhkəməyə verib, 1 Türkiyə lirəsi təzminat tələb edən D.Samyeli istədiyini ala bilməyib.

Qeyd edək ki, M. Sandal müəllifi olduğu "Beni ağlatma" adlı kitabda bir vaxt D.Samyeli ilə sevgili olduğunu yazıb.

Bundan sonra xanım müğənni M.Sandalı şəxsini təhqir etdiyi üçün məhkəməyə verib, həmçinin, kitiabın satışdan yığışdırılmasını tələb edib.

Həmin məhkəmə işini də uduzan Defne etibarına zərər gəldiyi üçün təkrar məhkəməyə müraciət edib.