Ukrayna xalq deputatları radio və televiziyada rus musiqisinin qadağan edilməsini təklif edirlər.
OLAY yazır ki, bu barədə müvafiq qanun layihəsi artıq qeydə alınıb.
“Məhdudiyyətlərin müharibə bitməmişdən əvvəl, xüsusən də bütün işğal olunmuş Ukrayna əraziləri azad edilənə qədər tətbiq edilməsi təklif olunur”,- deyə bildirilib.
Kanal 24 bildirir ki, qoyulan qadağa Rusiya vətəndaşları və sakinləri tərəfindən ifasına da şamil olunacaq.
- radio və televiziyada;
- əyləncə müəssisələrində;
- ictimai nəqliyyatda (bələdiyyə və özəl daşıyıcılardan);
- təhsil müəssisələrində, mədəniyyət və istirahət müəssisələrində;
- mehmanxana və restoran biznesində;
- kinoteatrlarda;
- ictimai məkanda.