Musiqi
Musiqi

Edisi Bakıda görmək üçün nə qədər ödəməlisiz?

Edisi Bakıda görmək üçün nə qədər ödəməlisiz?

Türkiyəli məşhur ifaçı Edisin ilk Bakı konsertinin detalları məlum olub.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi tamaşaçıların qarşısına Bakı Konqres Mərkəzində çıxacaq.

3500 nəfərlik tutumu olan zalda müğənni musiqiçiləri ilə birgə canlı ifalar səsləndirəcək. O, Bakıya rəqqasları da daxil olmaqla 30 nəfərlik komandası ilə gələcək.

Edisin 7 mayda keçirilən konsertinin ən maraqlı tərəfi isə konsert biletləri idi. Məlum olub ki, biletlər 15 manatdan başlayacaq. Ön sırada əyləşmək istəyənlər isə 190 manatından keçməlidir. Biletlər gələn həftədən satışa çıxarılacaq.