Musiqi
Musiqi

Elçindən yeni layihə

Elçindən yeni layihə

Müğənni Elçin Cəfərov növbəti dəfə musiqisevərlərin zövqünü oxşayacaq yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi bu dəfə “SYD” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. Mahnının sözləri və musiqisi istedadlı bəstəkar Rafael Şabanova məxsusdur. Aranjiman üzərində isə Yüzbek Zagirov və Dahin çalışıblar.

Klipin rejissoru isə Fərman Bəşirlidir. Mahnının ümumi düzənləməsi isə tanınmış musiqiçi Tərlan Məmmədhüseynov tərəfindən həyata keçirilib.

Həm musiqi tərtibatı, həm də  məna baxımından zəngin olan "SYD"  müğənninin "youtube" kanalında və bütün musiqi platformalıarında onlayndır.