Bir çox hitlərə imza atan bəstəkar-müğənni Pərviz Mahmudov doğum günündə də sənətindən uzaq qalmayaraq yeni ifasını təqdim edib.
OLAY yazır ki, 42 yaşın da öz "Yeri var" deyən Mahmudov elə bu bəstəsini də bütün sevənlərə həsr edib.
Nəğmənin musiqisi Pərvizin özünə, sözləri İsmayıl Əliyevə məxsusdur. Klip animasiya formatında hazırlanıb və Mahmudovun youtube platformasında ixtiyarınızdadır.