Musiqi
Musiqi

Fransada musiqi festivalında 145 qadına şpris batırıldı

Fransada musiqi festivalında 145 qadına şpris batırıldı

Fransada keçirilən “Fête de la musique” musiqi Festivalında qadınlara qarşı kütləvi zorakılıq edilib.

OLAY yazır  ki, 305 nəfər festivaldakı müxtəlif cinayətlərə görə nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyi bildirib ki, 145 qadın şpris sancılması şikayəti ilə polis xidmətlərinə müraciət edib.

“Bəzi zərərçəkənlər toksikoloji müayinədən keçmək üçün xəstəxanalara aparılıb”.

Ölkə prokurorluğunun məlumatına görə 3 nəfərin şikayətindən sonra istintaq açılıb. Onların üçünün də vəziyyətinin pisləşdiyi bildirilir.