Musiqi
Musiqi

“Spotify" Rusiyadakı ofisini bağladı

“Spotify" Rusiyadakı ofisini bağladı

Populyar musiqi platforması “Spotify” Ukraynada apardığı hərbi əməliyyatlar səbəbi ilə Rusiyadakı ofisini bağlayıb. 

OLAY yazır ki, şirkət bu qərarın müddətsiz olduğunu bildirib. 

Bundan başqa, qurum Rusiyadakı istifadəçilərə xidməti dayandırmadığını vurğulayıb.

Lakin Rusiya ilə bağlı paylaşımların yayılması məhdudlaşdırılıb.