Azərbaycan rok qrupu Döngə, 2025-ci il Avroviziya milli seçimində iştirak etmək üçün xüsusi olaraq yaradılmış “Take me to the night” (“Gecəyə apar məni”) adlı yeni mahnısını təqdim edib.
OLAY yazır ki, mahnı qrupun özünəməxsus üslubunda hazırlanıb və hər bir üzv öz töhfəsini verərək əsərə unikal səslənmə qazandırıb.
Mahnının sözlərinin müəllifi Fərid Məmmədovdur. O vurğulayıb ki, bu mahnı onun həyatının müəyyən bir mərhələsi və daxili mübarizəsi ilə bağlı şəxsi hisslərini əks etdirir.