Azərbaycan rock qrupu “Döngə” 2000-ci illərin əvvəlində çıxarılan “De” mahnısının yenilənmiş versiyasını təqdim edib.
OLAY yazır ki, qrupun solistləri Nərmin və Fərid parçada yeni vokal xarakteri təqdim edərək orijinal kompozisiyanın ruhunu qoruyublar. “Döngə” qrupu klassik əsərləri yenidən düşünməyə davam edir, bu da real musiqinin zaman sərhədləri olmadığını sübut edir.
“Biz bu musiqini bu gün müasir rock kontekstində necə səslənə biləcəyini göstərmək istəyirdik. Ümid edirdik ki, ona yeni nəfəs verərək yeni nəsil dinləyicilər üçün daha cəlbedici edəcəyik”, - musiqiçilər qeyd ediblər.