“Azərbaycanın səsi” yarışmasından tanınan gənc müğənni Nicat Niko (Nicat Yunisbəyli) zövqlü mahnı tapmağın çətinliyindən danışıb.
OLAY yazır ki, sənətçi bildirib ki, mahnı seçərkən nə qədər musiqiyə önəm verirsə, bir o qədər sözlərə və aranjimana da diqqət edir:
“İfa etdiyim mahnılar sosial platformalarda uğur qazanır. Gənc sənətçi kimi bu mənə stimul verir. Buna görə tamaşaçılara, izləyicilərə təşəkkürümü bildirirəm. Əlbəttə ki, bir mahnının ərsəyə gəlməsi komanda işidir. Çoxsaylı peşəkar insanın əməyi var. Sonda isə ifaçının üzərinə düşür. Yəni, təqdimat düzgün olanda komandanın əziyyəti uğurlu olur. İfaçı təqdimatı pis etsə, bütün komandanın işi zibil olur”.