Musiqi
Musiqi

Nəzakət Teymurova konsert verəcək

Nəzakət Teymurova konsert verəcək

Xalq artisti Nəzakət Teymurova sevənlərini sevindirib. 

OLAY yazır ki, müğənni solo konsertə hazırlaşır. Bu haqda muğam ifaçısı özü məlumat yayıb.  O bildirib ki, konsert mayın 20-də planlaşdırılır. Heydər Əliyev Sarayında olacaq tədbir “Qal, sənə qurban” adlanır.

“Əziz klassik musiqiləri və muğamı sevənlər, Azərbaycan musiqisinə dəyər verənlər, konsertimiz unudulmaz olacaq”- deyə, N.Teymurova bildirib.