Ukraynanı Avroviziya 2022-də Kalush Orchestra musiqi qrupu təmsil edəcək.
OLAY yazır ki, Alina Paşın müsabiqədən imtina etməsindən sonra milli seçim turunda ikinci olan Kaluş təmsilçi seçilib.
Musiqi qrupunun solisti Oleh Psyuk “Milli seçim turunda bizə dəstək olan, səs verən hər kəsə təşəkkür edirik. Söz veririk ki, etimadınızı doğruldacağıq. Ölkəmizin çətin vaxtlarında özümüzü dünyaya yenidən göstərməliyik. Bu səbəbdən də ölkəmizi Avropada fəxrlə təmsil etmək üçün hazırıq”,- deyə bildirib.
Qrup beynəlxalq müsabiqədə "Stefania" adlı mahnını səsləndirəcək.