Musiqi
Musiqi

Alina Avroviziyadan imtina etdi

Alina Avroviziyadan imtina etdi

Ukraynanın Avroviziya-2022 təmsilçisi Alina Paş öz istəyi ilə yarışmadan imtina edib. 

OLAY yazır ki, bu barədə Alina instaqramda məlumat yayıb. 

O bildirib ki, Ukrayna vətəndaşıdır və ölkəsinin qanunlarına tabedir:

“Ukraynanın ənənələrini və dəyərlərini dünyaya çatdırmaq üçün çalışıram. Mən sənətçiyəm, siyasətçi deyiləm. Bütün bu hücumlara, təzyiqlərə, təhdidlərə tab gətirəcək nə ictimaiyyətlə əlaqələr qrupum, nə menecerlərim, nə də vəkillərim var.

Bu virtual müharibəni və nifrəti istəmirəm. Mən daha bu çirkin hekayədə olmaq istəmirəm. Böyük təəssüf hissi ilə Ukraynanın Avroviziya mahnı müsabiqəsində təmsilçisi kimi namizədliyimi geri götürürəm. Çox təəssüf edirəm”.

Qeyd edək ki, Alina Kırımda bir toyda oxuduğu üçün və Rusiya bayrağı ilə fotosu olduğuna görə protesto edilib.