Musiqi
Musiqi

Öz platformasından 2,2 milyon qazandı

Öz platformasından 2,2 milyon qazandı

Məşhur amerikalı reper Kanye Uest yeni albomunu yalnız öz “Stem Player” adlı platformasında çıxaracağını elan etdikdən 24 saat sonra 2,2 milyon dollar qazanıb.

OLAY yazır ki, 8 min ədəd “stem player” satıldığını açıqlayan Uest pərəstişkarlarına təşəkkür edib. 

Qeyd edək ki, “Apple Music”, “Spotify”, “YouTube” kimi bütün platformaları boykot edən sənətçi “Bu zalım sistemdən musiqini azad etməyin vaxtıdır. Nəzarəti ələ keçirib öz sistemimizi qurmağın vaxtıdır”,- deyə bildirmişdi.

Rep ulduzu musiqi platformalarının ciddi ixtisarlar etdiyini və musiqiçilərin qazandığı məbləğin yalnız 12 faizini aldığını bildirmişdi.