Türkiyəli bəstəkar Fazıl Say mahnısı tənqid olunan Tarkana dəstək nümayiş etdirib.
OLAY yazır ki, o, bu barədə instaqramda status paylaşıb. O, Tarkanı üsyanında haqlı olduğunu bildirib:
“Məncə, hiss etdiklərini yazmaqla, mahnı halına salmaqla çox yaxşı edib. Pop musiqinin meqastarı ölkəsinə, xalqına sahib çıxan sözləri içindən gəldiyi kimi dilə gətirib. Milyonlarla gəncə bu ölkədə gözəl və ümid dolu gələcək hazırlamalıyıq”.
Qeyd edək ki, Tarkanın “Geççek” mahnısı sosial şəbəkələrdə tənqid atəşinə tutulub.