Türkiyəli müğənni Ebru Gündeş və Murat Boz gözlənilən “Sonsuza dek” adlı duetlərini təqdim edib.
OLAY yazır ki, sənətçilər klip üçün kamera qarşısına keçiblər. Onlar sevgililəri olan iki ayrı cütlüyü canlandırıb.
Qeyd edək ki, onlar bundan öncə “Gün ağardı” adlı mahnı ifa edib, klip çəkdirmişdi. İllər sonra yenidən bir araya gəliblər.