Müğənni Elnarə Xəlilova və Samira Allahverdi (Ali Məryəm) birgə duet oxuyub.
OLAY yazır ki, onlar ifaları üçün klip çəkilişlərinə də başlayıblar. Bu barədə Elnarə instaqramda məlumat verib:
“Həyat elə bir məktəbdir ki, öyrəndikcə öyrənirsən. Elə bilirsən ki, çox təcrübəlisən, çox bilirsən, amma əslində heç nə bilmirsən. Heç kimi də tanımırsan. Bəzən elə bir situasiyada sənə gözləmədiyin adam dəstək çıxır ki, özün də buna təəccüb edirsən. Nərmin ( Narmeen), səninlə bir çox keyfiyyətlərimiz üst-üstə düşür. İlk növbədə peşəkarlığımız. Əslində peşəkarlıq yalnız əcnəbi mahnıları yamsılamaqla bitmir.
İnsan gərək gördüyü hər bir işin peşəkarı olsun. Baxmayaraq ki,sən yeni işimizin söz və musiqisini mənə hədiyyə etmisən,ki mən bunu sonsuz qiymətləndirirəm və bu hədiyyə mənim üçün qiymətsizdir. Buna görə Allaha gündə yüz dəfə şükür etməyi bacaran insanam, sən bununla kifayətlənmədin.
Sən klip çəkilişlərinin bütün ağırlığını öz üzərinə götürdün. Baxmayaraq ki,mahnı oktyabr ayından artıq hazır idi, düz 3 aydı sən rejissor ilə tək ssenarini neçə dəfə dəyişmisiz. Mən hələ avadanlığın, geyimlərin,məkanların və digər xırda-para təşkilati məsələlərin həllindən danışmıram. Çəkiliş meydançasında soyuducusundan tutmuş termosuna kimi olmağını demirəm. Sizin kimi peşəkarlarla çalışmaq adama zövqdən başqa heç nə verə bilməz və mən sizin çəkdiyiniz bütün əziyyətləri çox yüksək dəyərləndirirəm və heç vaxt unutmayacam”.