Musiqi
Musiqi

Nəvai Alla Puqaçovanın mahnısını oxudu

Nəvai Alla Puqaçovanın mahnısını oxudu

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov Rusiyanın Xalq artisti Alla Puqaçovanın “Любовь похожая на сон” (Sevgi yuxuya bənzəyir) adlı hitini yeni aranjimanda ifa edib.

OLAY yazır ki, sənətçi bu ifası “VK Records” musiqi leyblı tərəfindən ərsəyə gətirilən bəstəkar və prodüser İqor Krutoyun mahnılarından ibarət ilk “Krutoy Album” adlı albomunda yer alıb. 

Albom bu gündən bütün musiqi platformalarında əlçatandır. Sözügedən albomda Nəvaidən savayı daha 16 müğənnin ifası var. 

“Mənə güvəndiyiniz üçün təşəkkür edirəm”, - deyə Navai instaqram səhifəsində yazıb.