Musiqi
Musiqi

92 yaşında koronadan vəfat etdi

92 yaşında koronadan vəfat etdi

Bir ay əvvəl koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən hindistanlı müğənni Lata Manqeşkar vəfat edib. 

OLAY xarici KİV-ə istinadən yazır ki, “Hindistan bülbülü” ləqəbli ifaçı 92 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, mərhum sənətçinin karyerası yarım əsri ötmüşdü. O, 36 dildə 30 mindən çox mahnı səsləndirmişdi. Bir çox məşhur filmin mahnılarını da məhz Manqeşkar oxumuşdu.