Musiqi
Musiqi

Alsudan boşandığı milyarder əri ilə bağlı yeni iddia

Alsudan boşandığı milyarder əri ilə bağlı yeni iddia

Rusiyanın estrada ulduzu Alsu boşandığı yəhudi milyarder Yan Abramovdan bir neçə il əvvəl Londonda satılan penthausun pulunu almaq istəyir. 

OLAY “SHOT” teleqram kanalına istinadən yazır ki, sənətçi mülkdən əldə olan bütün məbləği keçmiş ərindən almaq niyyətindədir. 

Eyni zamanda mənzil 8 milyon funta satılıb və onun hazırkı dəyəri 15 milyon funt olaraq qiymətləndirilir.

Sənətçinin keçmiş ərinin vəkili Aleksandr Dobrovinski bildirib ki, Londondakı mənzillər 8 və ya 9 il əvvəl, yəni evlilik dövründə satılıb.

Dobrovinskinin sözlərinə görə, Alsunun nümayəndələri həqiqətən iddia hazırlasalar, sənədi şəxsən təqdim etmək üçün Yan Abramovu Böyük Britaniyada tutmalı olacaqlar. Bu ölkənin qanunvericiliyinə görə, yalnız belə vəziyyətdə çağırış vərəqəsi təmin edilmiş sayılır və işə London məhkəməsində baxılmağa başlaya bilər.

Qeyd edək ki, 18 illik evliliyini sonlandıran cütlüyün 2 qız və bir oğlan övladı var.