Əslən bakılı, Rusiyanın Xalq artisti Larisa Dolinanı öldürməklə hədələyirlər.
OLAY yazır ki, fırıldaqçılar ucbatından mənzilini və külli miqdarda pulunu itirən 68 yaşlı estrada ulduzu dövlətdən onu himayəsinə almaqlarını xahiş edib.
Dolina Mərkəzi İnzibati Dairə üzrə Daxili İşlər İdarəsinin rəisinə müraciət ünvanlayıb.
“Baza” teleqram kanalının məlumatına görə, Larisa son vaxtlar özünün və yaxınlarının: qızı və nəvəsini öldürmək və sağlamlığına zərər vurmaqla hədələyən mesajlar almağa başlayıb.
Bildirilir ki, müğənnidən bir müddət əvvəl dələduzlara satdığı mənzili boşaltması tələb olunur. Bununla əlaqədar Dolina özünün və ailəsinin eləcə də mənzil və əmlakının mühafizəyə götürülməsini xahiş edir.
Nəzərinizə çatdıraq ki, sənətçi fırıldaqçıların mürəkkəb hiylələrinə uyaraq Moskvada elit mənzili satıb və əməliyyatdan nəhəng məbləği naməlum şəxsin (ümumi zərər 180 milyon rubl qiymətləndirilir) hesabına köçürüb.