Rusiyanın estrada ulduzu Lyusya Çebotina (əsl adı Lyudmila Çebotina) “Yeni Dalğa” beynəlxalq musiqi festivalında addımı ilə gündəmə gəlib.
OLAY yazır ki, müğənni çıxışı zamanı səhnədə uzun saçlarını kəsib. 27 yaşlı sənətçi mahnını ifa edərkən saçlarının bir hissəsini əvvəlcə bir tərəfdən, sonra digər tərəfdən əlində tutduğu qayçı ilə kəsib.
Lyusya eyni zamanda mikrofonun qarşısında dayanaraq oxumağına davam edib. Çebotinanın çıxışını izləyən tamaşaçılar ifaçının bu hərəkətinə məəttəl qalıblar.