Musiqi
Musiqi

Cey Lo ilə Ben Afflek boşanıbmış!

Cey Lo ilə Ben Afflek boşanıbmış!

Dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflek boşanıb.

OLAY yazır ki, bu haqda cütlüyə yaxın mənbə “Heat Magazine” dərgisinə açıqlamasında bildirib.

“Onlar bir ay əvvəl boşanma sənədlərini təqdim etdilər və bu barədə dünyaya danışmaq üçün uyğun vaxtı gözləyirlər. Daha sonra onlar bir-birlərini çox sevdiklərini və nikahı xilas etmək üçün mübarizə apardıqlarını, lakin bacarmadıqlarını söyləyən birgə bəyanat yayacaqlar”, - deyə mənbə qeyd edib.

İnsayderin sözlərinə görə, Ben və JLo kompromis əldə edə bilməyiblər və əvvəllər aralarında baş verənlər artıq keçib və hər ikisi bunu qəbul ediblər. Bundan əlavə, keçmiş həyat yoldaşları bütün əlaqələri tamamilə kəsiblər. Onlar artıq nə üz-üzə, nə də telefonla ünsiyyət qururlar

Hər kəs çətin günlərini özünəməxsus şəkildə yaşayır: Cennifer şəxsi həyatındakı problemləri səylə gizlətdiyi halda, Ben artıq yeni ev alıb və imicini kəskin şəkildə dəyişib.

Rəşad Əliyev