Musiqi
Musiqi

Mahmut Orhandan 15 min nəfərə misilsiz şou!

Mahmut Orhandan 15 min nəfərə misilsiz şou!

Türkiyəli məşhur DJ Mahmut Orhan cümə gecəsi İstanbulda həyat yolundan bəhs edən “REVO” adlı vizual və səsli şousu ilə 15 min insanın qarşısında səhnəyə çıxıb.

OLAY-ın məlumatına görə, texniki hazırlıqları bir il yarım çəkən şou üçün çoxmillətli komandalar çalışıb. Xaricdən xüsusi olaraq gətirilən şəffaf ekran texnologiyası ilə çıxışı izləyən musiqisevərlər 2 saat davam edən holoqrafik görüntülü təcrübə yaşayıblar. İşıqlar və lazerlərlə təchiz edilən şou tamaşaçılara virtual reallıq təcrübəsi təqdim edib.

Konsert musiqi və incəsənət aləmindən çoxlu iştirakçının marağına səbəb olub. Konsert zamanı Mahmutun gənc xanəndə Kənan Bayramovla birgə ərsəyə gətirdiyi “Bayatı şiraz” da səsləndirilib.

Şousunu “İstanbul! Bu gecə səninlə tarix yazdıq” sözləri ilə bitirən Mahmut Orhan 2025-ci il də daha bir konsert verəcək.