Musiqi
Musiqi

Səidə avtobusda klip çəkdirdi

Səidə avtobusda klip çəkdirdi

Müğənni Səidə Sultan “Dünya” adlı yeni layihəsini təqdim edib.

OLAY yazır ki, ifaçı sözləri və   musiqisi Şəhriyar Nağıyevə aid yeni mahnısı üçün fərqli klip çəkdirib.

Sənətçi ekran işində transparan kombinezonda rejissor Röyal Səfərovun (Eresmoon) kamerası önünə keçib.

Səidənin fərqli obrazı üzərində stilist Prins Camal çalışıb.  İfaçı yeni klipini Bakının bir sıra küçələrində və sərnişin avtobusunda lentə alıb.

Qeyd edək ki, mahnı bütün musiqi platformalarında, klip isə sənətçinin yutub kanalında yayımlanıb.