Musiqi
Musiqi

Tarkan da Sezen Aksuya dəstək oldu

Tarkan da Sezen Aksuya dəstək oldu

Tarkan bir neçə gündür dindarlar tərəfindən tənqid olunan Sezen Aksuya dəstək olub.

OLAY yazır ki, sənətçi bu barədə İnstaqramda paylaşım edib.

"Sezen Aksu mahnıları və varlığı ilə bu torpaqlarda vicdanın, qəlbin səsi olan, ölkənin ən böyük dəyərlərindəndir. Candır, canımızdır. Son günlərdə ona edilən hörmətsizlik, haqsızlıq və ayıb heç vaxt unudulmayacaq, tarixə yazılacaq", - deyə, Tarkan bildirib.

Qeyd edək ki, dindarlar Aksunun 2017-ci ildə musiqiçi Yaşar Gaga ilə çıxardığı  “Şahane bir şey yaşamak” mahnısındakı “salam söyləyin o cahil Həvva ilə Adəmə” sözlərinə etiraz edirlər.