Xalq artisti Röya Ayxan yeni təqdim etdiyi layihələrin uğuru davam edir.
OLAY yazır ki, pop ulduzun bir müddət əvvəl təqdim etdiyi “Zülmətəm” mahnısı “Apple Music” platformasında birinciliyini qoruyub saxlayıb.Klipə yutubda 6 milyondan çox baxılıb.
Xalq artistinin 5 gün əvvəl premyerasını etdiyi “Sənə nə” bəstəsi isə “Apple Music”də 3-cü sırada öz yerini tutub və yutubda 300 mindən çox baxış toplayıb. Yutub trendində isə sözügedən mahnı 6-cı pillədədir.
Həmçinin, “Sənə nə” tiktok trendlərində, instaqram reelslərində də aktiv istifadə edilir.