Musiqi
Musiqi

Mərdanın növbəti “Dayanacağ”ı

Mərdanın növbəti “Dayanacağ”ı

Müğənni Mərdan Kazımov yeni layihəsini təqdim edib.

OLAY yazır ki, ifaçı sözləri Səadət Cahangirə, musiqisi Röyal Musaya məxsus “Dayanacaq” mahnısı üçün kamera qarşısına keçib.

Aranjimanını Zaur Alinin etdiyi bəstəni Jay Meel ekranlaşdırıb. Klipdə Xalq artisti Şamil Süleymanov da yer alıb.

Ekran işi Mərdanın rəsmi yutub kanalında, mahnı isə bütün musiqi platformalarında yayımlanıb.