Musiqi
Musiqi

Tünzalə Ağayeva da “Dream Fest”də

Tünzalə Ağayeva da “Dream Fest”də

“Dream Fest”də çıxış edəcək daha bir azərbaycanlı müğənninin adı bəlli olub.

OLAY yazır ki, Xalq artisti Tünzalə Ağayeva da festivalda səhnə alacaq.

O, iyulun 28-də sevilən hitlərini qonaqlar üçün səsləndirəcək.

Qeyd edək ki, azərbaycanlı ifaçılardan hələ ki Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Jony, Jah Khalibin adı açıqlanıb.