“Ədalətli Rusiya” partiyasından olan Dövlət Dumasının deputatı Yana Lantratova Baş Prokurorluqdan azərbaycanlı əsilli məşhur qazax reper Jah Khalibin (Bəxtiyar Məmmədov) konsertlərinin ləğv edilməsini xahiş edib.
OLAY yazır ki, bu barədə o, teleqram kanalında post paylaşıb.
“Mən Baş Prokurorluğa, Moskva merinə və Sankt-Peterburq qubernatoruna Ukrayna Silahlı Qüvvələrinə açıq dəstək verən reper Jah Khalibin Rusiyada konsertlərinin qadağan edilməsi xahişi ilə müraciət etdim. Jah Khalib təxəllüsü ilə tanınan Bəxtiyar Məmmədov aprelin 23-ü və noyabrın 25-də Moskvada, 25-də isə Sankt-Peterburqda konsertlər planlaşdırır”,- deyə deputat bildirib.
Ləğv edilməsinə dair çağırışlara baxmayaraq, Moskva Jah Khalibin aprelin 23-də Crocus City Hall-da keçirilməsi planlaşdırılan solo konsertini ləğv etməyib.
Jah Khalib özü Rusiyadakı konsertlərinin ləğvi ilə bağlı çağırışlarla bağlı vəziyyəti hələlik şərh etməyib.