Əməkdar artist Sevda Ələkbərzadə yeni layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi sözləri Ceyhun Məmmədova, musiqisi Aytən Əliyevaya məxsus “Bircə de” adlı mahnısına klip çəkdirib. Ekran işinin rejissorluğu Fərhad Əliyə həvalə olunub.
Müğənni mahnı üçün Şamo Həsənovla kamera qarşısına keçib.
Sevdanın 2 fərqli obrazı üzərində isə stilist Elnur Həsənov çalışıb.