Musiqi
Musiqi

Faiq Ağayevdən yarıçılpaq klip

Faiq Ağayevdən yarıçılpaq klip

Xalq artisti Faiq Ağayev “Deyə” adlı yeni klipini izləyicilərinə təqdim edib.

OLAY yazır ki, sənətçi ekran işini “YouTube” kanalında yerləşdirib. Dinləyicilərinin qarşısına yarıçılpaq obrazda çıxan Ağayev bildirib ki, mahnının söz və musiqisi Rzzaya, aranjımanı Emin Kərimə məxsusdur.

Bəstənin səs prodüseri reper ProMete, klipin rejissoru Nail Naiboğludur.

Ağayevin tərzi üzərində isə dizayner Vəfa İsazadə çalışıb.