Amerikalı reper Kanye Uest bir sıra Avropa ölkələrində konsert məkanlarına buraxılmayıb.
OLAY yazır ki, bu barədə “The Sun” xəbər yayıb.
Bildirilir ki, Kanye Uestin nümayəndələri yeni albomu “Vultures 1” ilə Madrid, Berlin, Münhen və Kölndə konsertlər təşkil etməyə çalışsalar da, təşkilatçılar buna icazə verməyiblər.
Bundan əlavə, onlar Asiya və Yaxın Şərqin bəzi ölkələrində və Avstraliyada reperlə işləməkdən imtina ediblər.
“Buna son illərdə onun nüfuzu və mübahisəli davranışı əsas səbəbdir. İndi demək olar ki, məkan və stadion sahiblərinin heç biri onu içəri buraxmaq istəmir”, - deyə, söylənilib.
46 yaşlı Kanye Uest son zamanlar antisemit bəyanatları, Adolf Hitleri tərifləməsi və həyat yoldaşı Byanka Sensorinin açıq-saçıq geyimləri ilə qalmaqallı xəbərlərin obyektinə çevrilib.