Əməkdar artist Xumar Qədimova dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan yeni kompozisiyanı təqdim edib.
OLAY yazır ki, o, layihədə Gəncəvinin “Çəkirəm” və “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” qəzəllərindən istifadə edib.
Qədimova yeni ifasını “YouTube” kanalında yerləşdirib.
Qeyd etdiyimiz kimi, mahnının musiqisi müğənninin özünə, aranjımanı Fərahim Sadiqə məxsusdur.