Dünyanın ən böyük açıq hava festivallarından biri olan “Coachella”da bu il səhnə alacaq bəzi adlar açıqlanıb.
OLAY yazır ki, epidemiya səbəbi ilə 2020 və 2021-ci illərdə ləğv edilən musiqili gecədə Billi Ayliş və “Swedish House Mafia” yer alacaq.
Daha əvvəl 15-24 aprel tarixləri arasında ABŞ-da keçiriləcək festivalın üçüncü böyük adı Trevis Skott elan edilsə də, məşhur rep ifaçısı başqa festivalda baş verən faciəvi hadisəyə görə “Coachella”dan kənarlaşdırılıb.