Amerikalı reper Doca Kət 26-cı doğum gününü Los-Ancelesdə qeyd edib.
OLAY yazır ki, sənətçinin ad günü konsepti isə “sualtı” olub. Partidə Billi Ayliş, Uinni Harlou və Karroçi Tren kimi məşhurlar yer alıb.
Doca gecədə “Atlantis: İtmiş imperatorluq” filmindəki Şahzadə Kidanı canlandırıb. O, obrazına uyğun olaraq mavi libas seçib.
Billi Ayliş doğum gününə xərçəng kostyumu ilə gəlib. Digər qonaqlar da konseptə uyğun geyimlərlə gecəyə rənq qatıb.