Musiqi
Musiqi

Səmra ingilis dilində oxudu

Səmra ingilis dilində oxudu

Avroviziya təmsilçimiz Səmra Rəhimli yeni trekini təqdim edib.

OLAY yazır ki, müğənninin yeni ifası “Tamagotchi” adlanır. Mahnının sözləri və musiqisi Primoz Poqlecen, Uill Teylor və Maykl Ceyms Dauna məxsusdur.

Səmra “Tamagotchi” üçün kamera qarşısına keçərək iddialı fotosessiya da etdirib.

İngilis dilində olan mahnı bütün musiqi platformalarında və ifaçının yutub kanalında yayımlanıb.