Bişkekdə müğənni Vera Brejnevanın bu ilin fevralında baş tutmalı olan konserti ləğv edilib. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
OLAY yazır ki, sənətçi fevralın 18-də Qırğızıstanın paytaxtında çıxış etməli idi, lakin tədbir “texniki səbəblərə görə” ləğv olunub və tamaşaçılara biletlərin pulunun geri qaytarılacağı vəd edilib.
Brejneva əri, bəstəkar Konstantin Meladze ilə birlikdə Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk edib və 2023-cü ilin fevralında cütlük Moskva vilayətindəki malikanələrini satışa çıxarıb. Hazırda Brejneva xaricdə konsertlər verir.
Lakin müğənni Moskvanı tərk etdikdən sonra ərindən boşanacağı ilə bağlı şayiələr yayıldı, o, uzun müddət yayılan xəbərlərə münasibət bildirməyib. Oktyabrda Brejneva şəxsi hesabında Meladzedən boşandığını təsdiqləyib.
Qeyd edək ki, cütlük səkkiz il öncə evlənmişdi, onların övladları olmayıb.