Musiqi
Musiqi

Vera Brejneva Rusiyaya girə bilməyəcək

Vera Brejneva Rusiyaya girə bilməyəcək

Ukraynalı müğənni Vera Brejnevanın Rusiyada yaşayış icazəsi artıq etibarlı deyil. 

OLAY yazır ki, bu barədə Kp.ru yazır.

Hələ ki Brejnevanın Rusiyada yaşamaq icazəsindən imtina edib-etmədiyi barədə dəqiq məlumat yoxdur. “Ola bilər ki, sənətçi yaşayış icazəsindən məhrum edilib, ya da özü bundan imtina edib.Hər halda, indi Vera Brejneva Rusiya Federasiyasına gələ və burada yaşaya bilməyəcək”, - deyə, vəkil Andrey Aleshkin deyib.

Qeyd edək ki, iyunun 12-də Vera Brejneva xaricdəki çıxışlarının ləğv olunduğunu elan edib. Sənətçi bildirib ki, bəzi şərtlərə görə qarşıdakı dörd konsert baş tutmayacaq. Onlardan biri Portuqaliyada, qalanı isə İspaniyada olacaqdı.

Müharibə başlayandan sonra Vera əri Konstantin Meladze ilə birlikdə Rusiyanı tərk edib. 2023-cü ilin fevralında cütlük Moskva vilayətindəki malikanəsini də satışa çıxarıb.