Musiqi dünyasının Oskarı adlandırılan “Grammy” mükafatlandırma mərasimi təxirə salınıb.
OLAY yazır ki, bu ay Los-Ancelesdə keçirilməsi planlaşdırılan tədbirin tarixi koronavirusa görə dəyişdirilib. Bu barədə təşkilatçılar məlumat yayıb.
Bildirilib ki, virusun yeni ştamı Omikronla bağlı risk yarandığı üçün bu qərar verilib.
64-cü dəfə keçiriləcək olan mərasimin tarixi isə yaxın zamanda açıqlanacaq.