Musiqi
Musiqi

Yeqor Krid fırıldaqçıların qurbanı oldu!

Yeqor Krid fırıldaqçıların qurbanı oldu!

Reper Yeqor Krid Arxangelskdəki konsertinin təşkilatçısının fırıldaqçılığı barədə ərizə yazıb.

OLAY yazır ki, 2023-cü ilin martında Arxangelskdə möhtəşəm konsert verən sənətçiyə qarşı öhdəliklər yerinə yetirilməyib.

Buna görə də Krid təşkilatçı Anton Popoviçdən 12 milyon rubl tələb edib.

İndi reper Popoviçin saxtakarlığı barədə məlumat vermək qərarına gəlib, çünki Kridin vəkilləri təşkilatçının konsertdən bütün pulları özü üçün götürdüyünə əmindirlər. Popoviç özü də günahını etiraf etsə də, motivlərini açıqlamaq istəməyib. Hazırda bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq faktı ilə bağlı cinayət işi aparılır.