Musiqi
Musiqi

Faiq Ağayev PRoMete ilə oxudu

Faiq Ağayev PRoMete ilə oxudu

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) Xalq artisti Faiq Ağayevlə birgə oxuduğu “Anaya məktub / Bəlkə də” adlanan duetə ekran həyatı verib.

OLAY yazır ki, sözləri Vaqif Səmədoğlu, musiqisi PRoMete və Elgün Ataxanlıya aid olan trekdə PRoMetenin də əlavələri olub. Arajımanı isə Yaşar Baxış və Elgün Ataxanlıya həvalə edilib. Klipin rejissorluğunu Nail Naiboğlu edib.

“Mahnını birlikdə ifa etməyimizə razı olduğu üçün dəyərli sənətkarımız Faiq Ağayevə qəlbdən təşəkkürlərimi göndərirəm.

Adını “Anaya məktub” qoyduğumuz bəstə musiqisi Emin Sabitoğlu, sözləri Vaqif Səmədoğluya aid olan "Bəlkə də" mahnısının motivləri əsasında yazılıb" deyə, PRoMete bildirib.

Qeyd edək ki, klip rep ifaçının rəsmi "Youtube" kanalında yayımlanmaqdadır.