Musiqi
Musiqi

ProMetedən konsertqabağı sürpriz

ProMetedən konsertqabağı sürpriz

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) konsert öncəsi sevənlərinə yeni trekini təqdim edib.

OLAY yazır ki, “Röyalar” adlanan mahnının sözləri PRoMetenin özünə, musiqisi isə Mantra Beats-ə məxsusdur. Sözügedən iş sənətçinin rəsmi “YouTube” kanalında və bütün musiqi platformalarında təqdim olunub. 

“Mahnının sözlərini Mikayıl Müşfiqin “Gecə düşüncəsi” və Nazim Hikmətin “Yaşamağa dair” adlı şeirindən ilhamlanaraq yazmışam. Əslində ərsəyə gələn iş sevgiyə aid yox, daha çox fəlsəfi fikirlərlə zəngindir. Elə mahnının əvvəlində də Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirindən bir bəndi Vüsal Orucov səsləndiri", - deyə, PRoMete qeyd edib.

Xatırladaq ki, PRoMete 6 il aradan sonra martın 11-də “Elektra Events Hall”da musiqi heyətinin canlı müşayiəti ilə konsert verəcək.

PRoMete bildirib ki, gecədə bir çox tanınmış sənət adamı da onu tək qoymayacaqlar. Biletlər iTicket.az-da və şəhərin bütün kassalarında satışdadır.