2019-cu ildən həbsdə olan məşhur amerikalı R&B ulduzu R. Kellinin (tam adı - Robert Silvestr Kelli) yutub hesabı bağlanıb.
OLAY xarici KİV-ə istinadən yazır ki, qeyri-adi bir addım atan platforma rəhbərliyi markasını dəhşətli cinayətlər törədən 54 yaşlı müğənnidən uzaq tutmağa çalışdığını qeyd edib.
Bu səbəbdən ifaçıya məxsus R. Kelly TV və R. Kelly Vevo hesabları bloklanıb.
Qeyd edək ki, sənətçi cinsi cinayətlərdə ittiham olunub. Ona qarşı qaldırılan 10 bənddən ibarət ittihamlarda dörd qıza qarşı seksual xarakterli zorakılıq etdiyi qeyd olunur və həmin şəxslərdən üçünün yaşı 17-dən azdır.
Xatırladaq ki, R. Kelly üç dəfə “Qremmi” mükafatına layiq görülüb.