Musiqi
Musiqi

“Tut əlimdən” daha bir trenddə!

“Tut əlimdən” daha bir trenddə!

Xalq artisti Röya Ayxanın “Tut əlimdən” mahnısı daha bir uğura imza atıb.

OLAY yazır ki, dekabrın 15-də təqdim olunan mahnı “Azerbaijan Apple Music”də birinci pilləyə yüksəlib. 

R. Ayxanın bu siyahnın ilk 100-lüyündə 6 mahnısı yer alır. 

Azərbaycan yutub trendində də birinci olan sinqlın baxışı bir milyona yaxınlaşır. 

Bundan əlavə, “Tut əlimdən” “Shazam”da ən çox axtarılan mahnılar arasında üçüncü yerdədir. 

Həmçinin instaqram və TikTokda bu mahnıya çəkilən videolar qısa zamanda trend olur. Qeyd edək ki, mahnının musiqisi Hacı Nazimə, sözləri Sərxan Nizamioğluna məxsusdur.