Musiqi
Musiqi

Aygün Kazımova birinci oldu

Aygün Kazımova birinci oldu

Xalq artisti Aygün Kazımovanın “Parol” mahnısı Apple Music Azerbaijan və “Yandex Music”də birinci olub. 

OLAY yazır ki, bir neçə ay əvvəl işıq üzü görən bəstə yutubda 5 milyondan çox izlənilib. 

Son günlər hitə çevrilən “Parol” bütün musiqi platformalarını zəbt edib. Bununla yanaşı “Qorxuram” və “Vəfasızlar” mahnısı “Apple Music Azerbaijan”da ilk onluqdadır. “Yenə tək”, “Ağlasın”, “Bağlanıram” mahnıları da ən çox dinlənənlər sırasına daxil olub. 

Kazəmovanın 7 il əvvəl müğənni Samir Piriyevlə duet şəklində oxuduğu “Ağlasın” mahnısı həm də bu günlərdə TikTok-da ən çox video çəkilən musiqi olub. 

Qeyd edək ki, “Parol”un musiqisi Kazımcana, sözləri Orxan Qarabasmaya aiddir.