Musiqi
Musiqi

"MTV Europe Music Awards" ləğv edildi

"MTV Europe Music Awards" ləğv edildi

Noyabrın 5-də Parisdə keçirilməli olan "MTV Europe Music Awards" bu il baş tutmayacaq.

OLAY yazır ki, tədbir “qeyri-sabit dünya hadisələri”nə görə ləğv edilib. 

Daha dəqiq desək, İsraillə HƏMAS arasında münaqişə buna səbəb olub. 

""MTV EMA" dünya musiqisinin illik bayramıdır. Ancaq İsrail və Qəzzada baş verən dəhşətli hadisələri izlədikcə, bunun qlobal bayram üçün yanlış zaman olduğu görünür. Bu yas anıdır" - deyə təşkilatçılar bildiriblər.