"Gündəlik həyatımızın gərginliyindən zamanın necə keçdiyini hiss etmirik".
OLAY yazır ki, bu sözləri Xalq artisti Mələkxanım Əyyubova "İnstagram" hesabında yazıb.
"Bəzən dayanıb keçdiyimiz günlərdəki şəkillərə baxanda insan yaşadığı hər anın dəyərini anlayır. Gözəl şəkillər, gözəl xatirələr... Mənalı, dolğun, ürəyiniz istəyən kimi sevgi dolu həyat yaşamaq nəsibiniz olsun" - deyə Xalq artisti bildirib.