Fotosessiya
Fotosessiya

Mələkxanım Əyyubova Xudafərindən fotolar paylaşdı

Mələkxanım Əyyubova Xudafərindən fotolar paylaşdı

Xalq artisti Mələkxanım Əyyubova işğaldan azad edilmiş torpaqlarımıza yollanıb.

OLAY yazır ki, sənətçi Cəbrayıl və Füzuli rayonuna yola düşüb. Xudafərin körpüsünün yanında fotosunu paylaşan xanəndə bu sözləri yazıb:

“Bu gün mənim üçün çox yaddaqalan oldu. İllərdir görmək istədiyim Xudafərinə gəldim. Bu torpaq uğrunda canlarını fəda edən oğullarımıza Allahdan rəhmət diləyirəm. Qazilərimizə tezliklə sağlamlıqlarını bərpa etmələrini arzulayıram”.

Qeyd edək ki, Xalq artisti daha öncə “Xarıbülbül” festivalında iştirak etmək üçün Şuşaya gedib.