Kanadalı müğənni Selin Dionun bacısı Klodett sənətçinin ciddi xəstəlik olan əzələ sərtliyi sindromu ilə necə yaşadığını açıqlayıb.
OLAY yazır ki, müğənninin digər bacısı Linda hazırda onlara köçüb. Həmçinin Selin Dion üç oğlu ilə eyni evdə yaşayır.
Klodett bildirib ki, Selin bacardığı qədər bu nadir xəstəliklə bağlı birinci dərəcəli mütəxəssislərdən məsləhət alır.
O, ifaçının daha çox istirahətə ehtiyacı olduğunu vurğulayıb.
Məşhurun bacısı etiraf edib ki, müğənniyə dərmanlar kömək etmir və onlar onun üçün reabilitasiya proqramı tapmağa çalışırlar.